Komediya janrında yeni filmin çəkilişləri başlayıb (FOTO)


Digərləri 18 Noy 2017 17:52:01 269 0

Komediya janrında yeni filmin çəkilişləri başlayıb (FOTO)

“İmperator Lion Manufacturer” şirkəti növbəti böyük layihəsinə start verib.

Bakı. “İmperator Lion Manufacturer” şirkəti növbəti böyük layihəsinə start verib. Trend-in məlumatına görə, komediya janrında lentə alınan "Güləhməd" filmi peşəkar komanda tərəfindən uğurla icra edilir. Filmin ssenarisi ve qurluşçu rejissoru türkiyəli Metin Yüceldir. Baş rolda Rəşad Vahidzadə, Firəngiz Orucova, Könül Əbil, Gökhan Çoban, Ziyad Qurbanov, Eldar İbrahimoğlu və vaynerlər Mənsur Şərif, Rəsul Abbasov, Sabir Samiroğlu, Adil İsgəndərov və digərləri iştirak edir. Filmin baş operatoru Mətləb Yaqubov, layihənin baş prodüsseri Rəşad Vahidzadədir. Film meşədə yaşayan və dünyadan xəbəri olmayan, kobud, "vurub-yıxan", həm də çox saf bir insandan bəhs edir. Çəkilişlər İsmayıllıda və Bakıda gedir. İzləyici qarışısına gülüş dolu səhnələr ve maraqlı kadrlarla çıxacaq "Güləhməd" filmi fevral ayında Azərbaycan və Türkiyə kinoteatrlarında nümayiş olunacaq. İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin