"Kəpəz" komandasının baş məşqçisi istefa verib


Sosial 18 Noy 2017 17:16:15 305 0

"Kəpəz" komandasının baş məşqçisi istefa verib

Hazırda "Kəpəz" 12 oyundan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb

"Kəpəz" komandasının baş məşqçisi Şahin Diniyev istefa verib. 

"Report"un məlumatına görə, 51 yaşlı mütəxəssis "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında qərarını açıqlayıb.

Qeyd edək ki, hazırda "Kəpəz" 12 oyundan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.