Çakır DÇ-2018-in oyunlarını idarə edəcək


İdman 18 Noy 2017 17:26:00 314 0

Çakır DÇ-2018-in oyunlarını idarə edəcək

Türkiyəli FİFA referisi Cüneyt Çakır 2018-ci il dünya çempionatının oyunlarını idarə edəcək hakimlər sırasında yer alıb.

Goal.az CNN Türk-ə istinadən xəbər verir ki, 40 yaşlı ədalət təmsilçisinə Bahattin Duran ve Tarık Ongun kömək edəcək.

Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FİFA hakimindir. 2011-ci ildə elit kateqoriyaya yüksələn türkiyəli referi 2014-cü il dünya və 2016-cı il Avropa çempionatında iş başında olub.