"Səbail" səfərdən qələbə ilə dönür


İdman 18 Noy 2017 17:05:00 278 0

"Səbail" səfərdən qələbə ilə dönür

Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu baş tutub. 

Goal.az xəbər verir ki, turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “Kəpəz”lə “Səbail”in Gəncədəki dueli son pillədən qurtulmaq uğrunda döyüş hesab olunurdu. Qarşılaşmada 5 qol vurulub. Oyun qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Premyer Liqa

XII tur

18 noyabr (şənbə)

“Kəpəz” – “Səbail” - 2:3

Qollar: İlyas Səfərzadə, 28; Kərim Diniyev, 35 (pen.) - Aleksandr Popoviçi, 5 (pen.); Ayron Stati, 16; Vüqar Nadirov, 56

Qırmızı vərəqə: Dedimar Fereyra, 6