Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı


Digərləri 18 Noy 2017 17:00:00 270 0

Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı

Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran Regional qrupundan Trend-ə verilən məlumata görə, Lerik rayonundakı evlərdən birindən oğurluq edilməsi barədə Polis Şöbəsinə müraciət daxil olub.

Araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyalarının, 250 manat pulun və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsində şübhələr yarandığından həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edərək oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.