Dövlət başçısı iki nəfərə “Əməkdar müəllim” fəxri adı verib


Sosial 18 Noy 2017 16:18:36 262 0

Dövlət başçısı iki nəfərə “Əməkdar müəllim” fəxri adı verib

Onlar Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə mükafatlandırılıblar

Prezident İlham Əliyev “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilib:

Hacıyev Allahverdi Şəmistan oğlu

Hacıyev Hacan Qulu oğlu.