Duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb - FOTO


Sosial 18 Noy 2017 16:04:15 349 0

Duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi duman səbəbindən sürücülərə xəbərdarlıq edib

 Qatı duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, səhər saatlarından etibarən yolda müşahidə olunan sıx duman hazırda da davam edir. 

Duman səbəbindən yolda avtomobilərin hərəkəti çətinləşib. Sürücülər ara məsafəsi saxlamaqla aşağı sürətlə hərəkət ediblər.

Duman, əsasən, Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində müşahidə olunur. Sözügedən ərazidə görmə məsafəsi bir metrə enib. 

Baş Dövlət Yol Polisi İdarəsi duman səbəbindən sürücülərə xəbərdarlıq edib.