Livanın istefa verən baş naziri ölkəsinə dönəcəyi tarixi açıqlayıb


Dünya 18 Noy 2017 15:31:00 310 0

Livanın istefa verən baş naziri ölkəsinə dönəcəyi tarixi açıqlayıb

Səid Həriri Livanın Müstəqillik Günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyini vurğulayıb

Livanın istefa verən Baş naziri Səid Həriri noyabrın 21-də ölkəsinə qayıdacaq.Son.az “report”-a istinadən xəbər verir ki, o, bu barədə ölkə Prezidenti Mişel Aun və parlamentin sədri Nəbih Berri ilə telefon danışığı zamanı məlumat verib.

O, Livanın Müstəqillik Günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, S.Həriri həyat yoldaşı ilə birlikdə Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Səudiyyə Ərəbistanından Parisə gedib. Onun Fransa prezidenti ilə görüşü nəzərdə tutulub.