Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb


Kriminal 18 Noy 2017 14:42:00 362 0

Milli Dirçəliş günü ilə əlaqədar  keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və  Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr- Milli Dirçəliş günü ilə əlaqədar Xəzər rayonunun orta məktəbləri arasında "Musiqi alətlərində ifa üzrə" keçirilən müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru Natiq Abbasov açıq elan edərək, bu cür müsabiqələrin keçirilməsində məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması olduğunu vurğulayıb.

Daha sonra Mədəniyyət evinin fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirin bədii hissəsində  Mədəniyyət evinin "Gənclik" instrumental ansamblı, "Məşəl" və "Gold" rəqs kollektivlərinin, müğənnilər Aysel Əlizadə, Könül  Məmmədli, MirCabbar Mirbabayev, Nejla Mirzəyeva, Abdul  Xalid, Paşa Ümid və Tahirə Muradovanın rəngarəng çıxışları alqışlarla qarşılanıb.