Binəqədidə 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub - FOTO - YENİLƏNİB


Sosial 18 Noy 2017 13:49:00 330 0

Binəqədidə 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub - FOTO - YENİLƏNİB

"Kamaz"ın yük bortu "VAZ 2107" markalı avtomobilin üstünə aşıb

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən 90-NS-989 dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobil yük avtomobilinin qarşısında qəfil dönmə əməliyyatı ilə əyləc sistemindən istifadə edib. Nəticədə yük avtomobilinin yük bortu "VAZ 2107" markalı avtomobilin üstünə aşıb.

Hadisə zamanı "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb. Qəza ilə bağlı hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.