Kürdəmirdə itkin düşən şəxs tapılıb


Digərləri 18 Noy 2017 13:14:00 243 0

Kürdəmirdə itkin düşən şəxs tapılıb

28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb.

Bakı. Kürdəmirdə itkin düşən şəxs tapılıb. DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 28 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən bir nəfər otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müarciət edib. Polis əməkdaşlarınıntəxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsindəolduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin