Azərbaycanda ayaqqabı istehsalı azalıb


İqtisadiyyat 18 Noy 2017 13:02:11 281 0

Azərbaycanda ayaqqabı istehsalı azalıb

Son bir ildə isə ölkədə ayaqqabının qiyməti 18% artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 186,2 min cüt ayaqqabı istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu ilin 10 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 35,1% az olub.

Oktyabr ayında ölkədə ayaqqabının qiymətində sentyabr ayına nisbətən 0,6% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb.