Eyni mağaza bir ayda 2 dəfə qarət olundu FOTO


Digərləri 18 Noy 2017 13:02:00 308 0

Eyni mağaza bir ayda 2 dəfə qarət olundu  FOTO

Lənkəran rayonunda eyni mağaza bir ay ərzində iki dəfə qarət olunub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şiləvar kəndindən keçən hissəsində yerləşən gündəlik təlabat malları mağazasında qeydə alınıb.  Belə ki, vitrinlərdəki, təqribən, 1000 manat dəyərində olan müxtəlif çeşidli ərzaq məhsulları, tütün və spirtli içkilər oğurlanıb. Məsələ ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib, istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib. 

Mağaza sahibi Cavid Nəsirovun "Report"un yerli bürosuna bildirdiyinə görə, hadisə bir ay ərzində ikinci dəfədir təkrar olunur: "Qarət edən şəxs və ya qarətçilər ilk dəfə də indiki kimi eyni üsulla tavanı sökərək içəri daxil olublar. Həmin vaxt ona 800 manat dəyərində ziyan dəyib. Hadisə yerində əl izləri götürülsə də, bu günə kimi oğurluq faktı bağlı qalıb".


Xəbərə aid fotolar