Saxta manat və dollar hazırlayan şəxs tutuldu


Digərləri 18 Noy 2017 13:10:00 253 0

Saxta manat və dollar hazırlayan şəxs tutuldu

Azərbaycanda saxta pul hazırlayan şəxs tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları Şəmkir rayon sakini Bəhruz Nuriyevin yaşadığı evdə axtarış aparıblar.   Axtarış zamanı oradan 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 100 ABŞ dolları saxta əsginas, 1 ədəd printer, saxta pul çap etmək üçün nəzərdə tutulan 200 ədəd qara rəngli kağız və 1 kiloqramdan çox gümüşü civə aşkar edilərək götürülüb.   Faktla bağlı araşdırmalar davam etdirilir.