Bıçağını çıxarıb öz boğazına dirədi...


Digərləri 18 Noy 2017 12:42:00 264 0

Bıçağını çıxarıb öz boğazına dirədi...

Şirvanda polis özünə xəsarət yetirmək istəyən şəxsin bu əməlinin qarşısını alıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan Son.az-a verilən məlumata görə, Şirvan şəhər sakini, 42 yaşlı Cəlal İbrahimov sərxoş vəziyyətdə şəhərin mərkəzində xuliqanlıq hərəkətləri edib.

Bu zaman onu sakitləşdirmək istəyənlər olsa da, həmin şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb, boğazına dirəyərək özünəqəsd edəcəyini bildirib, qatı xuliqanlıq hərəkətlərini davam etdirib.

Hadisə yerinin yaxınlığında olan Şəhər Polis və Mühafizə Şöbələrinin əməkdaşlarının peşəkarlığı və çevikliyi nəticəsində C.İbrahimovun hərəkətlərinin və özünə xəsarət yetirməsinin qarşısı alınıb.