Bakıda "Lexus" yolu keçən piyadanı vuraraq öldürdü


Digərləri 18 Noy 2017 12:32:00 233 0

Bakıda "Lexus" yolu keçən piyadanı vuraraq öldürdü

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, noyabrın 17-də saat 22.00 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub.   Nəticədə M.Daşdəmirov hadisə yerində ölüb.    Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Lexus" markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.