Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək


Siyasət 18 Noy 2017 11:36:31 265 0

Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək

Tədbirdə Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli də iştirak edəcəklər

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün sabah Belçikanın paytaxtı Brüsselə yola düşəcəklər.

Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.

Forumda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, həlli istiqamətində Ermənistanın törətdiyi maneələr barədə məlumat veriləcək, Xocalı soyqırımının tanıdılmasında Avropadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyət planı ilə bağlı müzakirələr aparılacaq.

Səfər noyabrın 21-də başa çatacaq.