Bu günün havası - Çətir götürməyi unutmayın


Digərləri 18 Noy 2017 10:48:35 240 0

Bu günün havası - Çətir götürməyi unutmayın

Bu gün ölkə ərazisində yağış yağacağı gözlənilir.

Bakı. Bu gün ölkə ərazisində yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edir. Havanın temperaturu bu gün Abşeronda 14-16° isti, Bakıda 14-16° isti proqnozlaşdırlıb. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu rayonlarda gündüz 15-18° isti, dağlarda 7-12° isti proqnozlaşdırlıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin