Şadlıq evləri mahnılara görə pul verəcək


Digərləri 18 Noy 2017 10:29:00 272 0

Şadlıq evləri mahnılara görə pul verəcək

Nazirlər Kabinetinin qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı"nda edilmiş dəyişikliklər ictimaiyyətdə bəzi suallar doğurub.

Son.az xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Müəllif Hüquqları Agentliyindən "Yeni Müsavat"a açıqlama verilib.

Açıqlamada bildirilir ki, şadlıq evlərində, restoran və kafelərdə musiqili əsərlərin istifadəsinə görə müəlliflərə qonorar ödənilməsini nəzərdə tutan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarın tətbiqi bir yenilik deyil. Bu qanun 20 ildir mövcuddur, sadəcə olaraq "Müəllif  və əlaqəli hüquqlar haqqında" Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilib.

"Dünya praktikasına nəzər saldıqda görürük ki, əqli mülkiyyət və maddi mülkiyyət sahiblərinin qarşılıqlı münasibətlərini tənzimləyən qanunlar uğurla tətbiq olunur. Yəni hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Başqa sözlə desək, şadlıq saraylarında və restoranlarda səslənən əsərlər daha çox müştəri cəlb etməklə, məhz maddi mülkiyyət sahiblərinin qazancını artıran bir amildir. Bu bir növ sahibkarın əldə etdiyi qazancın çox cüzi bir hissəsinin istifadə olunan əsər müəllifləri ilə bölüşməsi anlamına da gəlir".

Qeyd olunub ki, müəllif qonorarı ilə bağlı məbləğ cüzidir: "Qərara əsasən əsərlərin istifadəsinə görə restoranlarda, kafelərdə, barlarda və digər ictimai yerlərdə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Toy mərasimləri keçirən obyektlərə gəlincə hər tədbir üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir".

Qurumdan həmçinin bildirilib ki, qonorarı müəlliflərə müğənnilər yox, məhz şadlıq sarayının, restoranın hüquqi sahibi ödəməlidir: