XII turun daha iki oyunu baş tutacaq


İdman 18 Noy 2017 10:27:00 264 0

XII turun daha iki oyunu baş tutacaq

Bu gün Azərbaycan Premyer Liqasında XII turun daha iki oyunu baş tutacaq.

Goal.az xəbər verir ki, ardıcıl 5 qarşılaşması 1:1 hesabı ilə başa çatan “Zirə” ilə “Keşlə” yubiley – 10-cu paytaxt derbisinə çıxacaq. Evdə oynayacaq sonuncular uğursuzluq zolağında çıxmaq iddiasındadır. 

Ardıcıl 5 oyunda xal qazana bilməyən keşləlilər sonuncu pilləyə yuvarlanmaq təhlükəsi ilə üzləşibsə, qələbə seriyasını 3-ə yüksəltməyə çalışan “Zirə” zirvə üçün döyüşür. 

Turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “Kəpəz”lə “Səbail”in Gəncədəki dueli son pillədən qurtulmaq uğrunda döyüş hesab olunur. 

 

Premyer Liqa

XII tur

18 noyabr (şənbə)

 

13:00. “Keşlə” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

“İnter Arena”

 

15:00. “Kəpəz” – “Səbail”

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Fazil Mürşüdov

Gəncə şəhər stadionu

 

 

1

Qarabağ

11

9

1

1

19-4

28

2

Zirə

11

7

3

1

19-8

24

3

Qəbələ

11

7

1

3

16-11

22

4

Sumqayıt

12

5

1

6

14-17

16

5

Neftçi

11

4

1

6

12-11

13

6

Səbail

10

3

0

7

6-16

9

7

Keşlə

11

2

2

7

8-17

8

8

Kəpəz

11

2

1

8

7-17

7

 

Bombardirlər: Mahir Mədətov ("Qarabağ"), Baqali Dabo ("Qəbələ”), Amil Yunanov ("Sumqayıt"), Riçard Qadze ("Zirə") - 5 qol