Moskvada silahlı insident:


Dünya 18 Noy 2017 09:26:00 223 0

Moskvada silahlı insident:

Rusiyanın paytaxtında, "Moskva Siti" biznes mərkəzinin qarşısında silahlı insident baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib. İlkin məlumata görə, insident nəticəsində 6 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Baş verən silahlı insidentlə əlaqədar 30 nəfər saxlanılıb.