Bu gün dövlət qulluğunda rəhbər vəzifələri tutmaq istəyənlər imtahan verir


Digərləri 18 Noy 2017 09:08:21 223 0

Bu gün dövlət qulluğunda rəhbər vəzifələri tutmaq istəyənlər imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. Qeyd edək ki, dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat dünən başa çatıb. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin