Rusiya vətəndaşlarını Yeni il bayramında ABŞ və Avropada terror aktları barədə xəbərdar edib


Dünya 18 Noy 2017 00:26:19 327 0

Rusiya vətəndaşlarını Yeni il bayramında ABŞ və Avropada terror aktları barədə xəbərdar edib

Xəbərdarlıq 20 dekabr - 20 yanvarı əhatə edir

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Milad və Yeni il bayramlarında Avropa və ABŞ-ın iri şəhərlərində mümkün terror aktlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə “TASS” XİN-ə istinadən məlumat yayıb.

Ölkənin turizm üzrə dövlət agentliyi - "Rosturizm" 2017-ci ilin 20 dekabr - 2018-ci ilin 20 yanvarında ABŞ və Avropaya turistləri göndərən turizm şirkətlərini öz müştərilərinə xəbərdarlıq etməyi tövsiyə edib.