Qadınlar neçə yaşından sonra sürətlə kökəlməyə başlayır?


Digərləri 17 Noy 2017 23:39:00 318 0

Qadınlar neçə yaşından sonra sürətlə kökəlməyə başlayır?

Diyetoloqlar və məşhur"Forza Supplements" Britaniya şirkətinin sağlam qidalanma üzrə aparıcı mütəxəssisləri qadınların və kişilərin neçə yaşından sonra sürətlə kökəlməsi ilə bağlı araşdırma aparıb.

Son.az xəbər verir ki, diyetoloqlar insanın neçə yaşından sonra kökəlməyə doğru meylli olduğunu öyrənmək üçün bir çox eksperimentlər aparıb. Mütəxəssislər ilk növbədə min nəfərin vərdişləri, menyusu, daha sonra işlərinin spesifikası, hətta münasibətləri də daxil olmaqla onların həyat tərzini təhlil edib.

Bəs onlar nə müəyyənləşdirib?

Sən demə, qadın və kişilərdə köklüyə meyllilik müxtəlif yaşlarda gedir. Qadınlar üçün ən təhlükəli yaş dövrü 35 və 40-dır.

Zərif cinsin nümayəndələrinin əksəriyyəti hamiləlik zamanı kökəlməyə başlayır və hesab edir ki, ikicanlı olduğu üçün iki nəfərin yerinə yeməlidir. Lakin uşaq dünyaya gəldikdən sonra hamiləlik müddətində aldığı çəkilərdən sürətlə xilas ola bilmir və depressiyaya düşür.