Məşhur musiqiçilər haqqında çəkilmiş 11 ƏFSANƏ FİLM


Digərləri 17 Noy 2017 23:24:00 367 0

Məşhur musiqiçilər haqqında çəkilmiş 11 ƏFSANƏ FİLM

Son.az istedadları və musiqiləri ilə dünyada əks-səda doğurmuş musiqiçilərin həyatından bəhs edən filmləri təqdim edir.

1. Amadeo Klassik musiqi cərəyanına yön verənlərdən biri olan Mosart, yaşamaqdan küsmüş kimi bir həyat tərzi sürdürüb. İstedadını xaricinə vurmaq üçün qəribə bir yol seçən sənətçi məqsədsiz davranışlar sərgiləməyi vərdiş halına gətirib. Həyatı ilə sənəti əks qütblərdə olan Mosart bu "xəstə" həyatı ilə Antonio Salyerini də narahat edir. Film də məhz bu iki musiqi tanrısının fərqli münasibətlərindən bəhs edir. Sənət ilə sənətçinin əlaqəsinə diqqət çəkən film klassik musiqi tarixini işıqlandıran dəyərli ekran əsərlərindəndir.

2. Rey Rey Çarlz öz dünyasında yaşayan və xəyalları olan kiçik bir uşaqdır. Yaşadığı olduqca faciəli bir hadisə nəticəsində həyatına kor olaraq davam etmək məcburiyyətində qalır. Bu çətinliyə rəğmən, həyata olan ümidlərini itirmir və yepyeni xəyallarla yoluna davam etməyə qərar verir. Rey qarşısına çıxan əngəllərlə mübarizə aparır və dünyanın ən önəmli musiqiçilərindən olur.

3. I'm not there (Mən orada deyiləm) Sözün əsl mənasında bir musiqi ilahisi olan Bob Dilan karyerası ərzində sonsuz sayda klassik əsər yazıb. Buna görə də ömür boyu adından bəhs ediləcək bir sənətçi halına gəlib. O, bu uğuru ilə yanaşı, son dərəcə sirli həyatı və təmkini ilə də diqqət çəkib. Sənətçinin həyatının fərqli dövrlərinə işıq tutan bu ekran əsəri onun sirli dünyasını qismən də olsa, aydınladıb.

4. Bild Bu filmdə sıxıntılı və çətin bir həyatı olan istedadlı saksafon sənətçisi Çarli "Bird" Parkerin bəhs edilir. O, dövründəki Amerika toplumunun qaradərililərə baxış bucağına qarşı ən çox mübarizə aparan insanlardan biri olub. Film "Oscar" mükafatına layiq görülüb.


Xəbərə aid fotolar