Dünyanın ən dərin çuxuru necə yarandı? FOTO


Digərləri 17 Noy 2017 23:04:00 436 0

Dünyanın ən dərin çuxuru necə yarandı?  FOTO

Yer planetinin ən dərin nöqtəsi olan Mariana çökəkliyi Sakit okeanın qərbində yerləşən Mariana adalarının ən böyüyü olan Quam adasının cənub-qərbində, Yaponiya və İndoneziyanın tam ortasında yerləşir.

Son.az xəbər verir ki, elm adamları tərəfindən aparılan araşdırmalar nəticəsində dünyanın ən dərin çuxurunun 2542 m olduğu təsbit edilib. Çökəkliyin diametri isə 69 m-dir.

Mariana çökəkliyi necə əmələ gəlib?

Zaman keçdikcə Yerin qabığını əmələ gətirən platformalardan bəziləri bir-birləriylə toqquşub. Bu toqquşma nəticəsində platformalardan biri digərinin üstünə çıxıb. Daha sürətlə gələn platforma digərinin altına keçib. Toqquşma nəticəsində şiddətli zəlzələlər əmələ gəlib. Bu zəlzələlərin əmələ gətirdiyi dərinliklər lövhələrin böyüklüyündən asılı olaraq, 700 m-ə qədər çata bilib. Mariana çökəkliyi də Sakit okean Platforması ilə Mariana platformasının bir-birinə bu şəkildə yaxınlaşması nəticəsində əmələ gəlib.


Xəbərə aid fotolar