Xərçəngi hərəkətə gətirən ən təhlükəli məhsul


Digərləri 17 Noy 2017 22:03:00 250 0

Xərçəngi hərəkətə gətirən ən təhlükəli məhsul

Təəssüf ki, tibbin köməyi ilə xərçəng probleminin kökünü birdəfəlik kəsmək mümkün deyil. Çarəsi hələ də tapılmadığı üçün xərçəng ölümcül xəstəliklərin siyahısına daxil edilir. Bununla belə xəstəliyin qarşısını almağa kömək edə bilən üsullar var.

Son.az oxucuları xəstəliyin yaranma riskini azalda biləcək məlumatlarla tanış olmağı tövsiyə edir.

Amerika Klinikasının Onkologiya Cəmiyyətinin mütəxəssisləri "Journal of Clinical Oncology" tibb jurnalına çıxış edərək bildirib ki, hətta azca alkoqol qəbulu onkoloji risk artıran amildir. Odur ki, alkoqolun istehlakını maksimum azaltmaq, yaxud da ondan ümumiyyətlə imtina etmək lazımdır.

Alimlər əmindir ki, hətta cüzi miqdarda spirtli içki qəbulu qida borusu, qaraciyər, süd vəzi, yoğun bağırsaq və qırtlaq xərçənginə tutulmaq ehtimanı artırır.