Gələn il hansı rənglər dəb olacaq?


Digərləri 17 Noy 2017 22:06:00 317 0

Gələn il hansı rənglər dəb olacaq?

Hər bir zövqlü xanım çalışır ki, dəblə ayaqlaşsın. Yeni trendlərdən dərhal xəbərdar olsun və onu geyimlərinə tətbiq etsin. Həmçinin diqqət etdikdə görürük ki, moda jurnallarında, verilişlərində xanımların geyimi ilə bağlı yeniliklərə daha çox yer verilir. Halbuki əksər bəylər də zövqlə geyinməyi sevir və yeni trendlərlə maraqlanırlar. Bəs görəsən 2018-ci il kişi geyimlərində hansı üslublar, rənglər ön plana çıxacaq?

Yaşlı kişilər də rəngli geyimlərdən istifadə edir   Son.az xəbər verir ki, bu suallara aydınlıq gətirən məşhur modelyer Gülnarə Xəlilova ailem.az-a bildirir ki, son illər kişi geyimlərində çox rəngarənglik var: "Əlbəttə ki, burada klassikanı sevən bəylərimiz yenə də öz üslublarına sadiq qalırlar. Klassik geyim nümunələri hər zaman gündəmdədir, aktualdır, bunun dəbi yoxdur. Buna baxmayaraq, kifayət qədər rəngarənglikdən istifadə edən bəylərimiz də var. Xüsusilə də dəb azarkeşi olan gənclər, bəzən orta yaşlı insanlar da bu seçimi edirlər. Hətta deyərdim ki, bəzən orta yaşdan yuxarı insan da rəngli geyimlər geyinir. O, yaşını özünə kompleks saymır və hansısa rəngli köynəkdən, ya da şalvardan imtina etmir".