"YouTube"dan gözlənilən yenilik gəlir


Digərləri 17 Noy 2017 21:42:00 273 0

"YouTube"dan gözlənilən yenilik gəlir

"YouTube" istifadəçiləri video izləyərkən qarşıya çıxan reklam linklərini ləğv edəcək.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkət həmin linklərə marağın az olduğunu nəzərə alaraq, funksiyanı 14 dekabrda ləğv edəcəyini açıqlayıb.

Açıqlamada qeyd edilib ki, bu funksiyanın olmaması ciddi problem yaratmayacaq. Şirkət hesab edir ki, videonun sonunda tövsiyə edilən linklər daha təsirli rol oynayır.