"Bukinist"ə maraq artıb qiymətlərin ucuz olması oxucular üçün cəlbedicidir VİDEO


Digərləri 17 Noy 2017 21:45:00 271 0

"Bukinist"ə maraq artıb  qiymətlərin ucuz olması oxucular üçün cəlbedicidir  VİDEO

Bakıda bir çox yerdə köhnə və nadir kitabların satıldığı bukinist mağazaları var.

Son.az bildirir ki, Camal Abdullayev də köhnə "Sovetski"də yerləşən tarixi yaşayış binasının blokunu bukinistə çevirib. Burada dünya klassiklərin əsərlərindən əlavə yerli ədəbiyyatımızdan da nümunələrə rast gəlmək olur. Rəngarənliyi ilə göz oxşayan kitabların sayı 2 mindən çoxdur. Camal Abdullayev 10 ildir ki, bukinistika ilə məşğuldur. Yəni köhnə və nadir kitabları alıb-satır.

Buradan hər cibə uyğun kitab almaq mümkündür. Alış-satışı zamanı təklif olunan qiymət kitabın çap ilinə görə müəyyən olunur.

Oxucunun əsasən ucuza qaçdığını deyən kitabçı, ikinci əl kitablara marağın çox olduğunu qeyd edir.