Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA FOTO


Dünya 17 Noy 2017 20:18:00 409 0

Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA  FOTO

Son günlər "rentgen qız" adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir:

"Mənim sanki iki cür görmə qabiliyyətim var. Bir insanın sağlıq durumunu öyrənmək istəyirəmsə, həmin an nəzərimi ona yönləndirəm. Prosesin özü mənim üçün heç də çətin deyil, bu haqda düşünməyim kifayət edir. Vücudun daxildən hansı templə çalışdığını görür, zədəli orqanları müəyyən edirəm. İzah etməkdə çətinlik çəkirəm. Buna inanmaq bir az çətindir. Rentgen "gözüm" günün işıqlı saatlarında qüsursuz işləsə də, qaranlıqda kor olur. Maraqlısı odur ki, öz orqanizmimi daxildən heç vaxt görməmişəm".

2004-cü ildə dünya şöhrətli "Discovery Channel" Natalyanın qabiliyyətini yoxlamaq üçün onunla bir təcrübə aparıb. Lakin bu təcrübə uğursuzluqla nəticələnib. KİV-lər isə fenomen Nataşanın tibbi avadanlıqlardan və mütəxəssislərdən daha dəqiq diaqnoz qoyduğunu iddia edirlər.

"Rentgen qız"ın tarixçəsi

Nataşanın valideynləri iddia edirlər ki, bu bacarıq onda hələ 10 yaşında özünü göstərməyə başlayıb. Qeyri-adi qabiliyyəti sayəsində öz əhatəsində böyük maraqla qarşılanan yeniyetmə qız, vaxt keçdikcə ölkə mediasının diqqətini çəkir. Az keçmir ki, Naraşanı Britaniyaya şou proqramlara dəvət etməyə başlayırlar. Verilişlərin birində Natalya avtomobil qəzasında ciddi xəsərət alan bir jurnalistin sümüklərindəki bütün qırıq və çıxıqları dəqiqiliklə qeyd edir.

Beləcə, "rentgen qız" ABŞ mütəxəssislərinin diqqətini cəlb edir və o Nyu-Yorka dəvət alır.

Burada onu elmi institutların məşhur professorları, mütəxəssisləri qarşılayırlar.


Xəbərə aid fotolar