Tikinti başa çatmazdan əvvəl mənzilin qiymətini tam ödəmək aradan qaldırılır


Digərləri 17 Noy 2017 19:18:00 163 0

Tikinti başa çatmazdan əvvəl mənzilin qiymətini tam ödəmək aradan qaldırılır

Azərbaycanda mənzilin alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək aradan qaldırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclasında "Azərbaycan Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə olunub.

Komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub. Məcəllənin bir sıra maddələrinə zəruri düzəlişlər edilib. Bildirilib ki, təklif olunan düzəlişlər ölkədə tikinti sektorunda olan bəzi mübahisəli məqamların aradan qaldırılmasına yönəlib. Belə ki, hazırda inşası başa çatmayan binalarda mənzillərin alqı-satqısı, vətəndaşların mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi çatışmazlıqlar mövcuddur. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qayda dünya təcrübəsində tətbiq olunur və milli qanunvericilikdə də öz əksini tapmalıdır.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsi daşınmaz əmlaka sərəncam verilməsi və onun dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb.

Nəzərə çatdırılıb ki, tikintisi başa çatmayan çoxmənzilli binalarda mənzillərə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində təminat qeydi aparılmalıdır. Təminat qeydinin aparılmasının xüsusiyyətləri Mülki Məcəllənin 147-ci maddəsi ilə müəyyən olunur. Burada nəzərdə tutulan "qabaqcadan qeydiyyat" institutu təkmilləşdirilərək "torpaq sahəsi barədə təminat qeydi" institutu olaraq formalaşdırılıb. Mənzillərin satışı zamanı mülkiyyətçi torpaq sahəsi barədə alıcının xeyrinə təminat qeydini notarius və daşınmaz əmlakın dövlət reyestri vasitəsilə aparacaq. Bu qeyd şəffaf şəkildə, elektron qaydada, mülkiyyətçinin reyestrə birbaşa müraciəti olmadan həyata keçirilir.

"Dolunay"ın aktrisası saçlarını xərçəng xəstələrinə bağışladı  foto like
  • 17 Noy 19:12  
Digərləri "Dolunay"ın aktrisası saçlarını xərçəng xəstələrinə bağışladı foto

"Dolunay" serialının aktrisası Ayumi Takano xərçənglə mübariz

arrow Ətraflı
İngiltərədə təyyarə ilə helikopter toqquşub like
  • 17 Noy 19:01  
Dünya İngiltərədə təyyarə ilə helikopter toqquşub

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib

arrow Ətraflı
Argentinanın sualtı qayığı 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb like
  • 17 Noy 18:59  
Dünya Argentinanın sualtı qayığı 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb

“San-Xuan”la rabitə Uşuayidən Mar-del-Platuya keçərkən kəsilib

arrow Ətraflı
Oğurlanmış qoyunlar sahibinə qaytarılıb like
  • 17 Noy 18:58  
Digərləri Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

Biləsuvarda oğurlanmış qoyunlar sahibinə qaytarılıb.

arrow Ətraflı
İcra başçısının müavini: "Ağdamda zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb" like
  • 17 Noy 18:55  
Sosial İcra başçısının müavini: "Ağdamda zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb"

Təbii fəlakətlə bağlı işçi qrupu yaradılıb, yaşayış məntəqələri

arrow Ətraflı
Strateji yol xəritəsinin icrası istiqamətində tələbələrə təlim keçirilib like
  • 17 Noy 18:55  
Digərləri Strateji yol xəritəsinin icrası istiqamətində tələbələrə təlim keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları Strateji yol xəri

arrow Ətraflı
Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü like
  • 17 Noy 18:46  
Dünya Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hü

arrow Ətraflı
Argentinada hərbi sualtı qayıq itib like
  • 17 Noy 18:43  
Dünya Argentinada hərbi sualtı qayıq itib

Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qay

arrow Ətraflı
İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb like
  • 17 Noy 18:42  
Dünya İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

Təbii fəlakət nəticəsində 550 nəfər ölüb, 7 mindən çox sakin xəsar

arrow Ətraflı
Oğurlanmış qoyunlar sahibinə qaytarılıb like
  • 17 Noy 18:41  
Digərləri Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

Biləsuvarda oğurlanmış qoyunlar sahibinə qaytarılıb.

arrow Ətraflı
"İki rol oynamaqla özünü böyük aktrisa sayma"  Kübra Əliyeva Pərvinə əsəbiləşdi like
  • 17 Noy 18:36  
Şou-biznes "İki rol oynamaqla özünü böyük aktrisa sayma" Kübra Əliyeva Pərvinə əsəbiləşdi

"Sənin fitri istedadın hələ üzə çıxmayıb. İki rol oynamaqla sən

arrow Ətraflı
İbrahimoviç: "Müqaviləmdə yazılmalıdır ki, 10 nömrəli formanı götürəcəm" like
  • 17 Noy 18:32  
İdman İbrahimoviç: "Müqaviləmdə yazılmalıdır ki, 10 nömrəli formanı götürəcəm"

"Manchester United"in veteran hücumçusu Zlatan İbrahimoviç "

arrow Ətraflı
SON DƏQİQƏ! Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü like
  • 17 Noy 18:29  
Digərləri SON DƏQİQƏ! Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hü

arrow Ətraflı