Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü


Dünya 17 Noy 2017 18:46:00 335 0

Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları Yəməndə dinc insanların ölümünə səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, hava hücumları nəticəsində Yəmənin şimal-qərbində 15 dinc sakin həlak olub.

Vilayətdəki mənbə hava hücumlarının ticarət mərkəzinə endirildiyini bildirib. Ölənlərin həmin vaxt ticarət mərkəzində olan satıcı və alıcılar olduğu bildirilir.