"İki rol oynamaqla özünü böyük aktrisa sayma" Kübra Əliyeva Pərvinə əsəbiləşdi


Şou-biznes 17 Noy 2017 18:36:00 406 0

"İki rol oynamaqla özünü böyük aktrisa sayma"  Kübra Əliyeva Pərvinə əsəbiləşdi

"Sənin fitri istedadın hələ üzə çıxmayıb. İki rol oynamaqla sən özünü böyük aktrisa sayma".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Kübra Əliyeva "Bizimləsən" verilişində aktrisa Pərvin Abıyevaya deyib.

Yaşlı və gənc aktrisaların müzakirə edildiyi proqramda mübahisə yaşanıb. Pərvin yaşlı aktrisaların onlara mane olmağa çalışdığını deyib:

"Getdim bir aktrisanın yanında dərs almağa. O xanım ancaq biz gəncləri qarşısında sındırmağa çalışırdı. Təhsil önəmlidir. Amma İncəsənət Unviersitetini bitirən bir çox gənc tanıyıram ki, heç aktrisa deyil".