İbrahimoviç: "Müqaviləmdə yazılmalıdır ki, 10 nömrəli formanı götürəcəm"


İdman 17 Noy 2017 18:32:00 296 0

İbrahimoviç: "Müqaviləmdə yazılmalıdır ki, 10 nömrəli formanı götürəcəm"

"Manchester United"in veteran hücumçusu Zlatan İbrahimoviç "10 nömrəli" formaya bağlı olmasından danışıb. Goal.az xəbər verir ki, isveçli ulduz bunları deyib:

"Lukaku mənə zəng edib soruşmuşdu: "9 nömrəli formanı götürə bilərəm?". "Problem yoxdur, çünki mən 10 nömrəni götürmüşəm" - cavab verdim. Heç kim 10 nömrənin boş olduğunu deməmişdi. Mən keçdiyim hər bir klubda bu nömrəni seçirəm. Çünki özümü ən vacib oyunçu hesab edirəm. Mənə sual vermişdilər ki, bu mövsüm kim yaxş təsir bağışlayır. Lukakunun adını çəkmişdim. O, fiziki cəhətdən gücldür və çox qollar vurur. Hər komandaya belə hücumçu lazımdır. Onun "United"də olması məni razı salır. Qısa müddət ərzində heyətə uyğunlaşıb. Lukakunun bizə faydası çox olacaq.

Mənə görə "10 nömrə" ulduz deməkdir. Bunu daşıyan futbolçu nəticə qazandıran, qeyd olunan, komandanı arxasınca aparan və qalibiyyət gətirən olmalıdır. Özümü bu rolda görürəm. Bu anadangəlmədir, sonradan qazanılmır. Yeni kluba keçəndə müqaviləmdə yazılmalıdır ki, 10 nömrəli formanı götürəcəm. "Manchester United"də bu nömrə altında klubun əfsanəsi və gözəl insan Runi çıxış edirdi. Amma artıq o, komandanı trək edib".