SON DƏQİQƏ! Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü


Digərləri 17 Noy 2017 18:29:00 228 0

SON DƏQİQƏ! Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları Yəməndə dinc insanların ölümünə səbəb olub.

Bakı. Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları Yəməndə dinc insanların ölümünə səbəb olub. Trend-in məlumatına görə, hava hücumları nəticəsində Yəmənin şimal-qərbində 15 dinc sakin həlak olub. Vilayətdəki mənbə hava hücumlarının ticarət mərkəzinə endirildiyini bildirib. Ölənlərin həmin vaxt ticarət mərkəzində olan satıcı və alıcılar olduğu bildirilir. Aviazərbələr nəticəsində ticarət mərkəzinə də ciddi maddi ziyan dəyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin