İngilis hücumçu: "Menecerin xoşuna gəlməyən meydana çıxa bilməzdi"


İdman 17 Noy 2017 17:00:00 295 0

İngilis hücumçu: "Menecerin xoşuna gəlməyən meydana çıxa bilməzdi"

İngiltərə millisinin sabiq futbolçusu Karlton Koul 5 ay İndoneziyanın "Persib Bandung" klubunda keçirdiyi vaxtdan danışıb. Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu komandanın heyətini baş menecer Umur Muxtar tərəfindən müəyyənləşdirildiyini bildirib.

"Onların məşqçisi bütün həftə komanda ilə işləyir, menecer isə kənardan müşahidə edir. "Persib"də menecer əsas fiqurdur. O, məşqdə olmadığı halda heyəti seçə və məşqdə yaxşı çalışdığına baxmayaraq səni komandaya daxil etməyə bilər. Menecerin xoşuna gəlməyən meydana çıxa bilməzdi. Bu oğlanın polislə əlaqəsi vardı. Umur onları silahla təmin edir və ordu ilə çalışırdı. Əlində böyük səlahiyyət cəmlənmişdi. Hər şeyi istədiyi kimi edirdi. Mən oynadığım komanda İndoneziyanın "Manchester United"i sayılır. Amma menecerin ucbatından turnir cədvəlində 13-cü pillədə dolaşırdı. Umur Muxtar hər şeyi korlamışdı. "Persib" həyatımda, bəlkə də, ən çılğın təcrübəm idi. İndoneziya futbolunun bir hissəsi olduğuma görə şadam. Orda azarkeşlər inanılmazdır. Futbol onların qanındadır, bu idmanla nəfəs alırlar".