Ançelotti İtaliya millisinə gəlməzdən öncə şərt qoyub


İdman 17 Noy 2017 16:40:00 245 0

Ançelotti İtaliya millisinə gəlməzdən öncə şərt qoyub

Canpiero Venturanın istefasından sonra İtaliya Futbol Federasiyasının danışıqlar aparmağa hazırlaşdığı mütəxəsislərdən biri Karlo Ançelottidir. "Bayern Munich"lə yolları ayrılandan sonra karyerasına bir müddət fasilə verməyi qərara alan məşqçi "mavi eskadra"nı təhvil almağa hazırdır. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis işi qəbul etmək üçün fderasiyada islahatlar həyata keçirilməsini istəyir. Yalnız ciddi bir layihə hazırda Kanadada olan Ançelottini yenidən "Köhnə qitə"yə qaytara bilər.

Daha öncə federasiya prezidenti Karlo Tavekkio Ançelottinin italyan futbolçulara müsbət mənada təsir edə biləcəyindən danışmışdı. İtaliya millisi pley-off oyunlarının ümumi nəticəsinə görə İsveçə uduzaraq 2018-ci il dünya çempionatından kənarda qalmışdı. Bundan sonra Buffon, Daniele De Rossi, Corco Kyellini və Andrea Bardzali milli karyerasını başa vurmuşdu.