Türkiyə prezidenti: “MHP ilə seçkiqabağı ittifaqın yaradılması barədə düşünə bilərik”


Dünya 17 Noy 2017 16:22:49 278 0

Türkiyə prezidenti: “MHP ilə seçkiqabağı ittifaqın yaradılması barədə düşünə bilərik”

Dövlət Bağçalı: “MHP sonadək AKP ilə birlikdə mübarizə aparmaqda qərarlıdır”

“Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə seçkiqabağı ittifaqın yaradılması barədə düşünə bilərik”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətər səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Milli, yerli bütün məsələlərdə, xüsusilə terror qruplaşmasına qarşı mübarizədə həmrəyliklə bütün millətimizin maraqları üçün Milliyyətçi Hərəkat Partiyası ilə hər cür addım ata bilərik”, - o söyləyib.

AKP sədri “MHP ilə seçki ittifaqı ola bilərmi” sualına cavabında deyib: “Buna iqtisadi-maliyyə, sabitlik yönündən baxmaq lazımdır. Bunlar göz önündə tutulduğundan, bəlkə, seçkiqabağı ittifaqın yaradılması barədə düşünə bilərik”.

Qeyd edək ki, MHP sədri Dövlət Bağçalı ötən gün deyib: “MHP sonadək AKP ilə birlikdə mübarizə aparmaqda qərarlıdır”.