Ayın ən yaxşı futbolçusu da "Manchester City"dən


İdman 17 Noy 2017 16:22:00 300 0

Ayın ən yaxşı futbolçusu da "Manchester City"dən

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu məlumdur. Goal.az xəbər verir ki, bu mükafat "Manchester city"nin yarımmüdafiəçisi Leroy Saneyə təqdim olunub. Ötən ay 3 oyunda meydana çıxan almaniyalı havbek 3 qol, 3 məhsuldart ötürmənin müəllifi olub. O, bu nominasiyada Kevin de Bruyne (Manchester City), Naço Monreal (Arsenal), Vilfrid Zaha (Crystal Palace), Qlen Mürrey (Brighton) və Nik Poupu (Burnley) qabaqlayıb. Qeyd edək ki, "Manchester City"nin baş məşqçisi də öz sahəsində ayın ən güclüsü seçilib.