ABŞ komandanlığı: "Türkiyə S400 alarsa, NATO ..."


Dünya 17 Noy 2017 16:12:00 346 0

ABŞ komandanlığı: "Türkiyə S400 alarsa, NATO ..."

ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, H. Qrant "Defence News"a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: "Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər".      H. Qrant bildirib ki, S-400 anlaşmasının həyata keçirilməsi Türkiyə və NATO arasındakı hərbi işbirliyinə ciddi şəkildə təsir edəcək. Onun sözlərinə görə, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir.