Polisin saxla əmrinə tabe olmayan sürücü restoranda gizləndi VİDEO FOTO


Digərləri 17 Noy 2017 16:17:00 322 0

Polisin saxla əmrinə tabe olmayan sürücü restoranda gizləndi  VİDEO  FOTO

Bakının Nərimanov rayonunda reyd zamanı avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona "saxla!" əmri verilib.

Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib. 33 yaşlı Elvin Adıgözəlova məxsus nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Sürücü haqqında araşdırmalara başlanılıb.


Xəbərə aid fotolar