Sergey Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb


Siyasət 17 Noy 2017 15:03:44 277 0

Sergey Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək

Azərbaycan XİN Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə bağlı açıqlama yayıb.

XİN-in mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.