Bakıda 43 yaşlı kişini ölümcül hala saldılar


Digərləri 17 Noy 2017 15:17:00 238 0

Bakıda 43 yaşlı kişini ölümcül hala saldılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisindən 43 yaşlı Vahid Babayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralını dindirmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə V.Babayevin Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Ramil Quliyev tərəfindən bıçaqlanması məlum olub və o tutulub.   Araşdırma aparılır.