Samuxda 7 yaşlı qız hündür hasardan yıxılaraq ağır xəsarət alıb


Sosial 17 Noy 2017 14:53:36 238 0

Samuxda 7 yaşlı qız hündür hasardan yıxılaraq ağır xəsarət alıb

Faktla bağlı araşdırma aparılır

Samux rayonunda 7 yaşlı qız bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Samux şəhər sakini, 2010-cu il təvəllüdlü Qocayeva Əsma Samir qızı oyun oynayarkən hündür hasardan yıxılaraq ağır xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.