Azərbaycanın sığorta bazarı 10%-dən çox böyüyüb


İqtisadiyyat 17 Noy 2017 14:44:41 245 0

Azərbaycanın sığorta bazarı 10%-dən çox böyüyüb

Bu ilin əvvəlindən Azərbaycanda 462,654 mln. manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 462,654 mln. manat sığorta haqqı toplanılıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 7,3% artaraq 204,637 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44,2 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 45,4 manat olub.