UEFA nümayəndələri Bakıdadırlar - Avro-2020-yə görə (FOTO)


Digərləri 17 Noy 2017 14:44:19 282 0

UEFA nümayəndələri Bakıdadırlar - Avro-2020-yə görə (FOTO)

Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.

Bakı. 2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir. Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Gillom Poysson və Fan Zonalar üzrə menecer Tomas Qloorla görüşüb. UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər. Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, bir 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin