Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"


İdman 17 Noy 2017 14:26:00 294 0

Haqqında mahnı yazılan futbolçu: "Atamı zorla Çernobıla göndərdilər"

Belarus futbolu deyiləndə ağıla ilk onun adı gəlir. Karyerası ərzində “Arsenal”, “Barcelona” kimi klubların formasını geyinən Aleksandr Qlebin uşaqlığı və babası ilə söylədikləri diqqət çəkib.

 

Goal.az xəbər verir ki, Qlebin uşaqlığı Çernobıl fəlakətinin kölgəsində keçib. Atası radiasiya səbəbi ilə yaşanmaz halda olan evlərin dağılmasında könüllü kimi işləməyə məcbur edilmiş, daha sonra elə orda aldığı radiasiya ölümünə səbəb olmuşdu...

 

Həmin vaxt “dağıdıcılar” adlanan məcburi könüllülərin sayı 200 mindən artıq idi. Hamısı da yüksək radiasiyaya məruz qaldılar...

 

“Atamın davamlı olaraq boğazı ağrıyırdı. Sonra görmə qabiliyyəti azaldı, imuniteti zəiflədi”.

 

“Bate Borisov” onu kəşf edənə qədər cırıq botlarla Minskdə beton üzərində futbol oynayırdı. O və digər uşaqlar qar yağsın deyə dua edirdilər. Qarın üzərinə yıxılanda daha az əzilirdilər. Betonun qurbanı olan bir çox uşaq xəsarət alaraq futbol xəyallarından vaz keçməli olmuşdu. Balaca boy və cansız olduğu üçün yıxılmaların çox da təsir etmədiyi Qleb futbola davam etdi.

 

Aleksandr tək Çernobıla deyil, Sovetlər Birliyinin dağılmasına da şahid olmuşdu. Həmin günləri belə xatırlayır:

 

“Qərbdən çox şey gətirilməyə başlamışdı. Atam videoçəkən aparat gətirmişdi evə. Mağazlarda çox məhsullar tapılmırdı”.

 

Aleksandrın anası mühəndis idi. Sovet ölkələri üçün bu adi hal idi.

Bütün diqqətini futbola verən Qleb özünü əvvəlcə “Bate Borisov”da, sonra “Arsenal”da tapdı. “Topçular”ın azarkeşlərinin sevgisini qazandı, onun üçün mahnılar yazıldı…

 

“Barcelona”da günləri o qədər də xoş keçmədi. Qvardiola ilə ulduzu barışmadı. Daha sonra Türkiyəyə yollanıb “Konyaspor”, “Gənclərbirliyi” klublarının formalarını geyindi. Karyerasını Rusiyanın “Samara” klubunda yekunlaşdırdı.

Zeynəb Əliyeva