Fransalı müdafiəçiyə 4 oyunluq cəza


İdman 17 Noy 2017 14:05:00 277 0

Fransalı müdafiəçiyə 4 oyunluq cəza

"Saint-Etienne" klubunun müdafiəçisi Leo Lakrua Fransa Futbol Federasiyasının İntizam komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunub. Bunun 1-i şərti xarakter daşıyır. Goal.az xəbər verir ki, 25 yaşlı futbolçu Liqa 1-in 12-ci turunda "Lyon"un yarımmüdafiəçisi Nabil Fekirə qarşı çox kobud hərəkətinə görə cəzalandırılıb.

Lakrua "Bordeaux", "Lille" və "Strasbourg"la oyunda komandasına kömək edə bilməyəcək. Bu mövsüm fransalı müdafiəçi 6 dəfə "yaşıllar"ın heyətində oyuna çıxıb.