İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilir


Digərləri 17 Noy 2017 13:11:13 278 0

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilir

Bu gün Bakıda Milli Gimnastika Arenasında qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatına start verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, gimnastika növləri üzrə təşkil olunacaq birgə yarışlarda bu dəfə akrobatlar və idman gimnastları bir araya gələcəklər.

2 gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq. Onlar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.

Turnirin birinci günü 2004-cü il təvəllüdlü və daha böyük akrobatlardan ibarət qarışıq cütlüklər, kişi cütlüyü və qadın qrupunun, həmçinin balalar (2009-2010), kiçiklər (2007-2008) və balacalar (2006-2007) yaş kateqoriyalarında kişi idman gimnastlarının və uşaqlar (2008-2009), yeniyetmələr (2007-2008) və gənclər (2004-2006) yaş kateqoriyalarında qadın idman gimnastlarının yarışı keçiriləcək.